Şahmatçımız beynəlxalq turnirdə liderliyə yüksəlib

Şahmatçımız beynəlxalq turnirdə liderliyə yüksəlib

Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı liderliyə yüksəlib. SİA-nın məlumatına görə, 5 turda maksimum xal toplayan təmsilçimiz Abdulla Qədimbəyli turnir cədvəlində birinci pillədə qərarlaşıb. Digər təmsilçimiz Nail Bəşirli isə 4,5 xalla ikinci pillədədir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə