Usman Dembele zədələnib

"Barselona"nın futbolçusu Usman Dembele zədələnib. "AS" nəşrinin yazdığına görə, o, UEFA Çempionlar Liqasınını qrup mərhələsinin 5-ci turunda "Borussiya" (Dortmund) ilə matçda (3:1) zədə alıb. Tibbi müayinədən keçən 22 yaşlı oyunçunun əzələsində dartılma aşkarlanıb. Fransa millisinin üzvünün təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə deməkdir ki, Dembele ilin qalan hissəsini buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə