Azərbaycanın vinq-çun üzrə milli komandası VI dünya çempionatında iştirak etmək üçün noyabrın 28-də Çinə yollanıb. SİA-nın məlumatına görə, noyabrın 29-dan dekabrın 2-dək baş tutacaq çempionatda ölkəmizi Əlfi Məmmədov (60 kq), Nihat Azayev (65 kq), Eysevər Zülfiyev (70 kq), Arzuman Rəsulzadə (75 kq), 36 yaşdan yuxarı idmançılar arasında Mahmud Mehdioğlu və ustaların yarışında Asif Sayadov təmsil edəcək.
Döyüşçülərimiz mundialda full-kontakt və vinq-çun tao növlərində yarışacaqlar.
Qeyd edək ki, çempionatda 41 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB