Balkan Atletika Assosiasiyasının konfransı keçirilib

Balkan Atletika Assosiasiyasının konfransı keçirilib

Serbiyanın Vryanko Banyo şəhərində Balkan Atletika Assosiasiyasının konfransı keçirilib. SİA-nın məlumatına görə, ölkəmiz konfransda Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə ilə təmsil olunub.

Konfransda, həmçinin Dünya Atletikasının vitse-prezidenti Sergey Bubka, Balkan Atletika Assosiasiyasının prezidenti, Avropa Atletika Federasiyasının vitse-prezidenti və Dünya Atletikasının icraiyyə komitəsinin üzvü Dobromir Karamarinov, Serbiya Atletika Federasiyasının baş katibi Slobadan Brankovic və Vryanko Bayka şəhərinin meri konfransda iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə