Həftənin komandası və ən yaxşı futbolçusu açıqlanıb Azərbaycan Premyer Liqası

Həftənin komandası və ən yaxşı futbolçusu açıqlanıb Azərbaycan Premyer Liqası

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun rəmzi komandası bəlli olub. SİA-nın məlumatına görə, “InStat”ın təhlilinə əsasən "11-liy"ə "Sabah"dan 5, "Zirə" və "Neftçi"dən 2, "Qarabağ" və "Səbail"dən isə hərəyə bir futbolçu düşə bilib.

Turun oyunçusu isə "Səbail"dən Turan Manafov seçilib.

Qapıçı: Saşa Stamenkoviç – 268 (“Sabah”)

Müdafiəçilər: Məqsəd İsayev - 238 (“Sabah”)-2, Adrian Skarlatake – 269 (“Zirə”)-2, Kərim Diniyev - 288 (“Sabah”), Ömər Buludov - 294 (“Neftçi”)

Yarımmüdafiəçilər: Turan Manafov – 336 (“Səbail”)-2, Soni Mistivar - 319 (“Neftçi”)-2, Hendrik Ekşteyn - 314 (“Sabah”)-2, Xayme Romero – 261 (“Qarabağ”)-2

Hücumçular: Ulise Diallo - 309 (“Sabah”), Xulio Sezar Rodriqez - 317 (“Zirə”)-3

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə