Azərbaycan yığması Latviya komandası ilə oynayıb

Azərbaycan yığması Latviya komandası ilə oynayıb

16 yaşadək qızlar ibarət Azərbaycan milli komandası Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında çıxışını başa vurub. SİA-nın məlumatına görə, Emin Əbilovun rəhbərlik etdiyi komanda Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışda son görüşünü Latviyaya qarşı keçirib.

A qrupunda yer alan voleybolçularımız Ukrayna, Gürcüstan və Rusiyanın ardınca bu rəqibə də uduzub. Latviyalılar komandamıza set vermədən qalib gəliblər – 3:0 (25:12, 25:18, 25:15).

Bütün xəbərlər Facebook səhifəmizdə