"Sabah"ın yeni baş məşqçisi Jelko Sopiç bu gün futbolçulara təqdim edilib. Klubun saytında yer alan məlumata görə, “Bank Respublika Arena”da keçirilən görüşdə yeni baş məşqçi il yanaşı, onun köməkçisi Marko Lozo da futbolçularla tanış olub.
Xatırladaq ki, Sopiçlə 1,5 illik müqavilə bağlanıb. “Sabah” xorvatiyalı mütəxəssisin rəhbərliyi altında ilk oyununu “Qarabağ”a qarşı keçirəcək. Görüş dekabrın 2-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB