"Qarabağ" "Sevilya" ilə oyun üçün səfərə çıxıb

"Qarabağ" "Sevilya" ilə oyun üçün səfərə çıxıb

Qarabağ" komandası UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Sevilya" ilə oyun üçün İspaniyaya gedib. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Sevilyaya yollanıb. Komandanı 6,5 saatlıq uçuş gözləyir.

Sabah Bakı vaxtı ilə saat 21:40-a baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra komandanın açıq məşqi olacaq.

Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 24:00-da başlayacaq. "Qarabağ"ın Bakıya dönüşü noyabrın 29-na nəzərdə tutulub. Komanda saat 21:00-da Vətənə çatmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə