AFFA-nın İntizam Komitəsinin yeni qərarları açıqlanıb. SİA-nın məlumatına görə, 22 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XII turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
Oyunun 72-ci dəqiqəsində “Qarabağ” klubunun 18 №-li futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 37.2).
23 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XII turunun “Səbail” – “Sabah” matçının 86-cı dəqiqəsində “Səbail” klubunun 55 №-li futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).
24 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XII turunun “Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Sezar Meza Colli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 37.2).
21 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Kəpəz” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
22 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Turan Tovuz” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
21 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XI turunun MOİK – “Səbail-2” matçı “Səbail-2” klubu üzündən 10 dəqiqə gec başladığına görə klub 80 manat cərimə olunur (maddə 69.5).
MOİK komandası oyunun video yazılışını aparmadığına görə klub 80 manat cərimə olunur (maddə 60).
UGYTŞ -nın Siyəzən region üzrə Coca-Cola U-13 və U-14 liqalarında “Şahdağ” klubunun iştirakı ilə keçirilmiş oyunlarda komandanın heyətində Sahil Əlimovun əvəzinə qardaşı Balamirzə Əlimovun iştirak etməsi aşkarlanmışdır. Bu səbəbdəndə futbolçunun iştirak etdiyi bütün matçlara 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
24 noyabr 2019-cu il, Region Liqasının, “Şıxlar”(Qobustan) – “Ümid”(Cəlilabad) matçının 90+3-cü dəqiqəsində “Şıxlar” klubunun 17 №-li futbolçusu Rövşən Heydərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 90+3-cü dəqiqəsində “Ümid” klubunun 17 №-li futbolçusu Sərxan Camalzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 37.7).
24 noyabr 2019-cu il, Region Liqasının, “Ərkivan” – “Alyans” matçının 83-cü dəqiqəsində “Ərkivan” klubunun 10 №-li futbolçusu Telman Sağıyev aqressiv davranışa - hakimi vurmağa cəhd göstərdiyinə və hakimlərin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 37.7), (maddə 41.3).
Oyun başa çatdıqdan sonra “Ərkivan” klubunun 14 №-li futbolçusu Hilal Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
23 noyabr 2019-cu il, Region Liqasının, “İmişli” – “Mil” matçında “İmişli” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 noyabr 2019-cu il, Region Liqasının, “Babək” – “Batabat” matçının 85-ci dəqiqəsində “Babək” klubunun 21 №-li futbolçusu Vüsal Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 noyabr 2019-cu il, Region Liqasının, “Arpaçay” – “Kəngərli” matçının 79-cu dəqiqəsində “Kəngərli” klubunun baş məşqçisi Fuad Həsənov hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır (maddə 41.4).
22 noyabr 2019-cu il, Region Liqasının, Naxçıvan Dövlət Universiteti – “Sədərək” matçının 55-ci dəqiqəsində “Sədərək” klubunun 15 №-li futbolçusu Kamran Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 59-cu dəqiqəsində “Sədərək” klubunun 13 №-li futbolçusu Yusif Fərzəliyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
20 noyabr 2019-cu il, Gənclər Liqasının, “Sabah” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ” klubunun 99 №-li futbolçusu Cahid Vəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 65-ci dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi Samir Musayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır (maddə 41.3).
24 noyabr 2019-cu il, Bakcell U-17 Liqasının, “Qarabağ” – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Fariz Xeyrullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 noyabr 2019-cu il, U-16 Liqasının, “Neftçi” İK İB – “Qəbələ” matçının 69-cu dəqiqəsində “Neftçi” İK İB klubunun 6 №-li futbolçusu Süleyman Babaşov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
23 noyabr 2019-cuil, U-14 Liqasının, “Zirvə” (Xırdalan) – İOEUGİM (Sumqayıt) matçında İOEUGİM (Sumqayıt) komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
23 noyabr 2019-cu il, U-12 Liqasının, “Ağsu” – “Təhsil”(Saatlı) matçının 21-ci dəqiqəsində “Təhsil” klubunun 10 №-li futbolçusu İsmayıl Səmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.2).
“Təhsil” klubunun məşqçisi Mənəf Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə və fiziki təzyiq göstərdiyinə görə 12 ay yarışlardan kənarlaşdırılır (maddə 37.9), (maddə 37.10)
23 noyabr 2019-cu il, U-12 Liqasının, “Gəncə” TİM – “Sarvan” (Samux) matçının 32-ci dəqiqəsində “Sarvan” klubunun 71 №-li futbolçusu Tofiq Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
24 noyabr 2019-cuil, U-10 Liqasının, “Gəncə” TİM – UGİM Gənclərbirliyi matçında UGİM Gənclərbirliyi komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
19 noyabr 2019-cu il, U-16 Qızlar Liqasının, “Üçgün” (Xaçmaz) – “8 №-li RİOEUGİM” (Bakı) matçının 71-ci dəqiqəsində “Üçgün” klubunun 6 №-li futbolçusu Nərmin Hacıbalayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
Oyunun 71-ci dəqiqəsində “8 №-li RİOEUGİM” klubunun 10 №-li futbolçusu Fatimə Əhmədli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
16 noyabr 2019-cu il, U-13 Qızlar Liqasının, “Marxal” (Şəki) – “Balakən” matçında “Marxal” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
23 noyabr 2019-cu il, U-13 Qızlar Liqasının, “Aran” FK (Ağcabədi) – “Mələklər” (Lənkəran) matçında “Mələklər” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
23 noyabr 2019-cu il, U-13 Qızlar Liqasının, “8 №-li RİOEUGİM” – “Fidan” (Bakı) matçının 36-cı dəqiqəsində “Fidan” klubunun 13 №-li futbolçusu Nərgiz Müzəffərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
23 noyabr 2019-cu il, U-13 Qızlar Liqasının, “Şollar” (Xaçmaz) – “Xırdalan City” (Bakı) matçının 49-cu dəqiqəsində “Şollar” klubunun 13 №-li futbolçusu Aliyə Qəmbərova qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 noyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın, “Emin Spor” – “Baker Hughes” matçında “Emin Spor” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
22 noyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın, “Yasamal İSK-2” – “Xızı Futzal” matçının 25-ci dəqiqəsində “Yasamal İSK-2” klubunun 10 №-li futbolçusu Elşən Veysov təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).
Oyunun 28-ci dəqiqəsində “Xızı Futzal” klubunun 6 №-li futbolçusu Vüsal Heybətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 30-cu dəqiqəsində “Xızı Futzal” klubunun 10 №-li futbolçusu Bəxtiyar Baxışov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 noyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın, “Zülfüqar” – NTD matçının 23-cü dəqiqəsində NTD klubunun 5 №-li futbolçusu Cəfər Cəfərovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 26-cı dəqiqəsində “Zülfüqar” klubunun 7 №-li futbolçusu Elmir Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 noyabr 2019-cu il, futzal üzrə Birinci Liqada “Baku Fire 2” – AZMİU matçının 29-cu dəqiqəsində AZMİU klubunun 7 №-li futbolçusu Fərid Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 noyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın, “Timsport” – “Təbriz” matçının 26-cı dəqiqəsində “Timsport” klubunun 8 №-li futbolçusu Fərid Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 noyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın, “Hövsan” – “Altay” matçının 3-cü dəqiqəsində “Hövsan” klubunun 4 №-li futbolçusu Ruslan Hüseynovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 noyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın “Bədr FK Xocalı” – “Star Karqo-2” matçının 26-cı dəqiqəsində “Bədr FK Xocalı” klubunun 12 №-li futbolçusu Orxan Kərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 30-cu dəqiqəsində “Bədr FK Xocalı” klubunun 7 №-li futbolçusu Ceyhun Mürşülü sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 noyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın, “Bakiu Fire 3” – “Baker Tilly” matçının 7-ci dəqiqəsində “Baker Tilly” klubunun 7 №-li futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB