Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ ilə bugünkü oyun öncəsi rəqib komandanın futbolçusu Kilian Mbappe haqda danışıb. İspaniya mətbuatının yazdığına görə, o, fransalı hücumçuya qarşı xüsusi hazırlaşdıqlarını bildirib: "Mbappe "Santyaqo Bernabeu"ya rəqib kimi gəlir. Nəticə çox önəmlidir. Kilian möhtəşəm futbolçudur və oyunçularımı ona qarşı xüsusi hazırlamışam. Nə etdiyimizi isə söyləyə bilmərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB