Serxio Aquero bir neçə həftə futboldan uzaq qalacaq

Serxio Aquero bir neçə həftə futboldan uzaq qalacaq

İngiltərə Premyer Liqasının 13-cü turunda "Çelsi" ilə matçda zədələnən Serxio Aquero bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, argentinalı hücumçunun "Mançester Yunayted"lə görüş də daxil olmaqla, bir neçə matç oynayamacağını bildirib. Qeyd edək ki, Aquero bu mövsüm 16 matçda 13 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə