Qadın güləşçilərimiz Rusiya kubokunda iki medal qazanıb

Qadın güləşçilərimiz Rusiya kubokunda iki medal qazanıb

Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya kuboku yarışlarına yekun vurulub. SİA-nın məlumatına görə, iki gün davam edən turnirdə məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında ölkəmizi 7 güləşçi təmsil edib. Onlardan ikisi fəxri kürsüyə qalxıb. Tatyana Omelçenko (62 kq) gümüş medal qazanıb. Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva isə üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamız komanda hesabında üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə