“Fənərbağça” qolsuz heç-heçə edib

“Fənərbağça” qolsuz heç-heçə edib

Türkiyə Superliqasının XII turunda “Fənərbağça” səfərdə “Yeni Malatyaspor”un qonağı olub.

SİA xəbər verir ki, “Yeni Malatyaspor” stadionunda keçirilən matçda qapılara qol vurulmayıb – 0:0.

Günün digər oyunlarında “Göztəpə” səfərdə “Alanyaspor”u minimal hesabla məğlub edib 0:1. “Kayserispor” klubu isə doğma meydanda “Sivasspor”a 1:4 hesabı ilə uduzub. “Gənclərbirliyi” isə səfərdə “Kasımpaşa”nı 1:2 hesabı ilə üstələyib.

Tura noyabrın 25-də keçiriləcək “Antalyaspor” – “Qaziantepspor” matçı ilə yekun vurulacaq.

Hazırda “Sivasspor” 24 xalla turnir cədvəlinə liderlik edir. “Trabzonspor” və “İstanbul Başakşəhər” klubları 22 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə