Futzal üzrə IX turunun oyun cədvəli açıqlanıb

Futzal üzrə IX turunun oyun cədvəli açıqlanıb

Futzal üzrə Yüksək Liqanın IX turunun oyun cədvəli açıqlanıb. SİA Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları noyabrın 28-də keçiriləcək.

Tura “Marafon”–“Yasamal” oyunu ilə start veriləcək. Görüş saat 12:00-da başlayacaq. Günün ikinci qarşılaşması “Neftçi” və “Premier” komandaları arasında keçiriləcək və matça saat 14:00-da start veriləcək. Saat 16:00-da “Baku Fire”–“Bakı”, iki saat sonra EKOL–“Xızı” və saat 20:00-da “Record”–“Araz” oyunlarının start fiti səsləndiriləcək.

Turun oyunları Bakı İdman Sarayında təşkil olunacaq.

Səkkiz turdan sonra hesabında 24 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. “Neftçi” və EKOL 18 xalla 2-3-cü pillədə yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə