Şahmatçımız turnirdə ikinci yeri tutub

Şahmatçımız turnirdə ikinci yeri tutub

Antalyada keçirilən A kateqoriyalı açıq turnirdə şahmatçımız uğurla çıxış edib. SİA-nın məlumatına görə, komandamızın üzvü Rəsul İbrahimov 9 turdan 7 xal toplayaraq ikinci yeri tutub. Onunla eyni xal toplayan gürcüstanlı Konstantin Şanava əlavə göstəricilərə görə turnirin qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə