Futbol üzrə Türkiyə Superliqasının təmsilçisi "Kayserispor"da prezident dəyişikliyi olub. Klubun saytında yer alan məlumatda deyilir ki, Kayseri təmsilçisinin prezidenti Hamdi Elcuman noyabrın 30-u keçirilməsi planlaşdırılan seçkilər öncəsi vəzifəsindən istefa verib. Klubun idarə heyətinin qərarı ilə onu qadın namizəd Berna Gözbaşı əvəzləyib. O, ilk qadın prezident kimi Superliqa tarixinə düşüb. Qeyd edək ki, "Kayserispor" 11 turdan sonra 7 xalla sonuncu - 18-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə