Noyabrın 22-dən 24-dək sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova Fransanın Orlean şəhərində keçiriləcək Dünya Kubokunun mərhələ yarışında iştirak edəcək.
SİA-nın məlumatına görə, sablyaçılarımız həm şəxsi, həm də komanda yarışında mübarizə aparacaqlar.
Qeyd edək ki, komandamız ölkəmizi baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB