Gəncədə Uşu Sanda idman növü üzrə respublika turniri keçirilib FOTOLAR

Gəncə Olimpia İdman Kompleksində Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə Milli Dirçəliş Gününə həsr olunmuş "Uşu Sanda" idman növü üzrə respublika turniri keçirilib. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, turnirdə Bakı və Gəncə şəhərləri başda olmaqla 20-yə yaxın bölgə üzrə 200-dən çox idmançı qüvvəsini sınayıb.

Turnirdə peşəkar idmançıların "Uşu Sanda" idman növü üzrə dünya və Avropa birinciliklərinin qalibləri təşkilatçı, həmçinin hakim kimi iştirak ediblər. Məlumat üçün qeyd edək ki, bu turnirdə mükafata layiq yerləri tutan idmançılar beynəlxalq turnirlərə vəsiqə qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə