Vladimir Kliçko və Çisoranın görüşü yenə də təxirə salınıb

Vladimir Kliçko və Çisoranın görüşü yenə də təxirə salınıb

Superağır çəkili Vladimir Kliçko və britaniyalı Derek Çisora arasında aprelin 7-də Almaniyanın Manheym şəhərində nəzərdə tutulmuş IBF və WBO versiyası üzrə boks çempionu titulu uğrunda görüş yenə də təxirə salınmışdır. Kliçko qardaşlarının mətbuat xidmətindən bildiriblər ki, bu görüş də ötən dəfə Vladimirin rinqə çıxmasına imkan verməyən zədəsinin tam sağalmaması səbəbindən təxirə salınıb.

Kliçko deyib: "Mən bilet alıb səbirsizliklə bu görüşü gözləyən bütün azarkeşlərdən üzr istəyirəm. Manheym rinqinin mənim üçün rəmzi əhəmiyyəti vardır. Orada üç dəfə rinqə çıxmışam, 2006-cı ildə dünya çempionu olmuşam. Mən nikbin əhval-ruhiyyədəyəm və əminəm ki, yaxın gələcəkdə bu rinqdə böyük idman hadisəsi olacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə