"Mançester Siti" rəhbərliyi transferlərə 100 milyon funt-sterlinq pul ayıracaq

"Mançester Siti" rəhbərliyi komandanın heyətini gücləndirmək üçün transferlərə 100 milyon funt-sterlinq pul ayıracaq.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, buna səbəb "şəhərlilər"in çempionluq uğrunda mübarizədə əsas rəqibi olan "Liverpul"a rəqabətdə geri qalmasıdır. Transferlərin qış və ya yay transfer pəncərəsində olacağı dəqiqləşməyib. Ancaq baş məşçqi Pep Qvardiolanın mərkəz müdafiəçisi və Serxio Aqueronu əvəzləyəcək hücumçu transfer istədiyi bildirilib.

Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada lider “Liverpul”dan 9 xal az - 25 xalla 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə