Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” turu bir xalla başa vurub

Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” turu bir xalla başa vurub

Futbol üzrə Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.

Paşayev də bu görüşün iştirakçısı olub. O, 54-cü dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Aleksandriya” 14 turdan sonra 24 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə