"Barselona"nın hücumçuları Antuan Qrizmann və Lionel Messi arasında gərginlik davam edir. Qol.az-ın El Chiringuito TV-yə istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular məşqlərdə danışmırlar. Qeyd edək ki, fransalı futbolçu açıqlamasında Messi ilə dil tapmağın çətin olduğunu söyləmişdi. Argentinalı hücumçu isə Qrizmannla heç bir probleminin olmadığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə