"Qalatasaray"ın azarkeşləri baş məşqçi George Hacının istefasını tələb ediblər

"Qalatasaray"ın azarkeşləri baş məşqçi George Hacının istefasını tələb ediblər

"Beşiktaş" klubu Türkiyə Superliqasında növbəti məğlubiyyətlə üzləşib. SİA-nın məlumatına görə, "qara qartallar" "Fi-Yapı İnönü" stadionunda "Trabzonspor"a uduzublar.

Hesabı məhz Bernd Şusterin komandası açsa da, trabzonlular iki qol vuraraq, qalib gəliblər. Bu qələbə sayəsində "Trabzonspor" yenidən liderliyə yüksəlib. "Fənərbaxça" turun sabah keçiriləcək son oyununda "Gənclərbirliyi"ni səfərdə yenə bilməsə, Şenol Günəşin komandası turu 1-ci pillədə başa vuracaq.

"Qalatasaray" isə növbəti xal itkisi ilə üzləşib. "Sarı-qırmızılar" bu dəfə öz meydançalarında "Karabükspor"u yenə bilməyiblər. "Türk Telekom Arena"da əvvəlki 3 ev oyununu qələbə ilə başa vurmuş "Cim-Bom" ilk dəfə qalib gəlməyi bacarmayıb. Azarkeşlər isə baş məşqçi George Hacını istefaya səsləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə