XI turunun oyunlarının bütün təyinatlar müəyyənləşib Azərbaycan Premyer Liqası

XI turunun oyunlarının bütün təyinatlar müəyyənləşib Azərbaycan Premyer Liqası

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. SİA-nın məlumatına görə, "Keşlə" və "Neftçi" arasında keçiriləcək turun mərkəzi görüşü gənc referi Vüqar Həsənliyə tapşırılıb.

"Qarabağ" - "Zirə" matçını isə FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası, XI tur

9 noyabr (şənbə)

15:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu

17:00. “Keşlə” – “Neftçi”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“ASCO Arena”

10 noyabr (bazar)

16:30. “Sabah” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bank Respublika Arena”

19:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə