Şəhriyar Məmmədyarov ilk yarışını heç-heçə ilə bitirib

Şəhriyar Məmmədyarov ilk yarışını heç-heçə ilə bitirib

Noyabrın 6-da Buxarestdə rapid və blits üzrə “Grand Chess Tour 2019” seriyasının növbəti mərhələsi start götürüb. Turnirin ilk günü şahmatçılar rapid üzrə üç turda mübarizə aparıblar. SİA-nın məlumatına görə, ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarovun vyetnamlı Le Kyanq Liem, rusiyalı Vladislav Artemiyev və hindistanlı Vişvanatan Anandla qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, rapid turniri noyabrın 8-dək davam edəcək. Noyabrın 9-10-da isə blits turnirinin partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xatırladaq ki, “Grand Chess Tour 2019”un əvvəlki mərhələləri Abican, Zaqreb, Paris, Sent-Luisdə təşkil edilib. Turnirin növbəti mərhələsi isə bu ayın Kəlkətə şəhərində baş tutacaq. Final seriya isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə