Nazarovun çıxış etdiyi Almaniyanın “Ersgebirge” klubu baş məşqçisini istefaya göndərib
Almaniyanın “Ersgebirge” klubu baş məşqçisi Daniel Meyeri istefaya göndərib.
SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi komanda baş məşqçisi ilə vidalaşmağa qərar verib.
40 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun köməkçisi olan qardaşı Andre Meyer də komandadan göndərilib.
Qeyd edək ki, Daniel Meyer 2018-ci ilin iyunundan “Ersgebirge”yə rəhbərlik edirdi. “Ersgebirge” hazırda Almaniyanın ikinci Bundesliqasında 19 xalla 4-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB