Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Braqa” ilə qarşılaşacaq "Beşiktaş" Portuqaliyaya gedib. İstanbul klubunun saytında yer alan məlumatda deyilir ki, İstanbul təmsilçisi səfərə baş məşqçi Abdullah Avcısız yollanıb. Türk mütəxəssis səhhətində problem yarandığı üçün İstanbulda qalıb. Onun səhhətində irəliləyiş təqdirdə, sabah Portuqaliyaya gedəcəyi bildirilib.
Qeyd edək ki, “Braqa” - “Beşiktaş” görüşü sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB