“Barselona”ya bəd xəbər: Jordi Alba zədələnib

“Barselona”ya bəd xəbər: Jordi Alba zədələnib

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Jordi Alba zədələnib. İspaniya mətbuatının yazdığına görə, 30 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının 4-cü turunda “Slaviya Praqa” ilə oyunda (0:0) zədələnərək 46-cı dəqiqədə əvəzlənib. Alba bir aya yaxın meydandan uzaq qalacaq. Tibbi müayinədən keçən ispaniyalı müdafiəçinin topuğunda problem aşkarlanıb.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə Kataloniya təmsilçisinin heyətində keçirdiyi 6 oyuna 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə