Rumıniyanın Arad şəhərində bədii gimnastika üzrə “Arad Trophy 2019” beynəlxalq turniri keçirilib. Rumıniya ilə yanaşı, Macarıstan, Moldova, Belarus, Bosniya və Herseqovina, Serbiyadan müxtəlif yaş kateqoriyalarında 290 gimnastın qatıldığı turnirdə Azərbaycanı balaca gimnastımız Mina Abbasova təmsil edib.
Bu mövsüm mötəbər idman tədbirinə yeni proqramla qatılan gimnastımız topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun musiqisinin müşayiəti ilə uğurlu çıxışı milli koloritlə zəngin olduğu üçün münsiflər heyətinin və azarkeşlərin böyük marağına səbəb olub. M.Abbasova bu dəfə yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı və milli ornamentlərlə zəngin idman geyimində qatılıb. Həmişə olduğu kimi, Azərbaycan bayrağına bürünərək yüksək mükafatı qəbul edən balaca gimnastımız bununla da sayca 36-cı medalını (14 qızıl, 19 gümüş, 3 bürünc) qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB