"Fənərbaxça" Nabil Dirarla yeni müqavilə imzalayıb

"Fənərbaxça" Nabil Dirarla yeni müqavilə imzalayıb

"Fənərbaxça" klubu, futbolçusu Nabil Dirarla yeni müqavilə imzalayıb. İstanbul klubunun saytında yer alan məlumatda deyilir ki, 33 yaşlı yarımmüdafiəçi ilə 2020-ci ilin mayında başa çatacaq müqavilənin müddəti daha 2 il uzadılıb. Qeyd edək ki, N.Dirar 2017-ci ildən "Monako"dan İstanbul təmsilçisinə transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə