Noyabrın 23-28-də Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq. Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak edəcəyi yarışda qızlarımız A qrupunda güclərini sınayacaqlar.
Qeyd edək ki, yarışa hazırlıq davam edir. Çempionatda çıxış edəcək millimizin baş məşqçisi gənc, təcrübəli və voleybol üzrə qadınlardan ibarət yığmamızın məşqçisi Emin Əbilovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB