183 nömrəli tam orta məktəbin idman bazasında məktəblilər arasında basketbol üzrə respublika çempionatının Xəzər rayon mərhələsi keçirilib. SİA-nın məlumatına görə, yarışda Xəzər rayonu 26 nömrəli ümumi orta məktəbin komandası fəxri kürsünün ən yüksək piləsinə qalxıb. İkinci pillədə 149 nömrəli tam orta məktəb, üçüncü pillədə isə 117 nömrəli tam orta məktəbin komandası qərarlaşıb.
Qeyd edək ki, yarış Gənclər və İdman, Təhsil nazirlikləri və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB