Soçidə GFC 19 qarışıq döyüş sənəti turniri zamanı erməni və qazax azarkeşlər arasında kütləvi dava baş verib. SİA-nın məlumatına görə, erməni güləşçisi Miqran Harutyunyan qazaxıstanlı Jasulan Akimcana qarşı çıxdı.
"İlk nokaut sizin şərəfinizə olacaq!" deyə məşqçisini ad günü münasibəti ilə təbrik etmək istəyən erməni güləşçisinin iddiası baş tutmadı. Bunun əksinə olaraq Qazaxıstan idmançısı 22 yaşlı Jasulan Akimcan erməni 30 yaşlı Harutyunyanı nokauta saldı və qalib gəldi.
Çoxsaylı şərhlərə əsasən, azarkeşlərdən birinin Harutyunyanın atasını təhqir etməsi bəhanəsi ilə məğlubiyyəti həzm edə bilməyən erməni azarkeşlər Qazaxıstan təmsilçiləri ilə davaya girişiblər. Nəticədə həqiqi “turnir” artıq rinqin arxasında davam edib.
Qeyd edək ki, Harutyunyan tez-tez qalmaqallı hərəkətlər edir və rinqdə idmançıya xas olmayan davranışlar sərgiləyirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB