“Bavariya”nın baş məşqçisi vəzifəsinə ilk namizəd bəlli olub. SİA-nın məlumatına görə, Münhen Massimiliano Alleqrini komandaya gətirmək istəyir. İtaliyalı mütəxəssisin özünün Almaniyada işlməyə müsbət yanaşdığı bildirilir. Komandanın dəvət etdiyi 52 yaşlı Alleqri ötən ildən işsizdir. O, son olaraq “Yuventus”u çalışdırıb.
Xatırladaq ki, Münhenin əvvəlki məşqçisi Niko Kovaç, ötən şənbə günü "Ayntraxt"la 1: 5 hesabı ilə dağıdıcı məğlubiyyətdən sonra qovuldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB