17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. SİA-nın məlumatına görə, noyabrın 6-dan 9-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, noyabrın 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edəcək komandaya 21 futbolçu çağırılıb.
Onlardan 5-i ölkə xaricidə çıxış edir. İspaniya, Rusiya və Türkiyə komandalarının, həmçinin İngiltərədə Mançester Futbol Akademiyasının üzvləri millinin heyətində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB