Azərbaycanlı UEFA nümayəndəsi beynəlxalq təyinat alıb

Azərbaycanlı UEFA nümayəndəsi beynəlxalq təyinat alıb

Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə beynəlxalq təyinat alıb. SİA-nın məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununda iştirak edəcək.

O.Hüseynzadə noyabrın 15-də keçiriləcək Rusiya – Latviya qarşılaşmasının UEFA nümayəndəsi olacaq. Matç Rostov şəhərindəki “Rostov Arena”da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə