Şahmatçılarımız heç-heçə ediblər

Şahmatçılarımız heç-heçə ediblər

Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən Şahmat Olimpiadasının səkkizinci turunun oyunları başa çatıb. SİA-nın məlumatına görə, yarışda 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamızın – “Azərbaycan” komandasının Ukrayna millisi ilə qarşılaşması heç-heçə başa çatıb. “Azərbaycan-Naxçıvan” komandası isə Honkonq komandası ilə “sülh”ə razılaşıb.

Qeyd edək ki, “Azərbaycan” komandası 14 xalla birinci pillədədir. Sonrakı iki yerdə isə Özbəkistan və Qazaxıstan komandaları qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə