Azərbaycan yığmasının hücumçusunun komandası səfərdə məğlub olub

Azərbaycan yığmasının hücumçusunun komandası səfərdə məğlub olub

Portuqaliya Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” səfərdə “Belenenseş”lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Pasuş de Ferreyra” hazırda 5 xalla 18 komanda arasında 17-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə