İker Kasilyas məşqlərə başladı

İker Kasilyas məşqlərə başladı

Bir müddət öncə infarkt keçirən "Portu"nun qapıçısı İker Kasilyas yaşıl meydanda məşqlərə başlayıb. "AS" nəşrinin yazdığına görə, ispan qolkiper 20-25 dəqiqədə fərdi qaydada məşq edib. Qeyd edək ki, 2015-ci ilin yayından "Portu"da çıxış edən Kasilyas may ayının əvvəlində infarkt keçirmişdi. Onun klubu ilə 1 illik müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə