Qılıncoynadanımız dünya kubokunda iştirak edib

Qılıncoynadanımız dünya kubokunda iştirak edib

Sablya üzrə yığma komandamızın üzvü Aysel Əhədova Rusiyanın Soçi şəhərində keçirilən gənclər arasında qılıncoynatma üzrə dünya kubokunun mərhələ yarışında iştirak edib. SİA-nın məlumatına görə, qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gələn A.Əhədova onaltıdabir finalda Rusiya təmsilçisi Anna Kudryayeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə təmsilçimiz rəqibinə 14:15 hesabı ilə uduzub.

Qeyd edək ki, yarışda 9 ölkədən 40 qadın idmançı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə