Paşayevin komandasından vacib qələbə

Paşayevin komandasından vacib qələbə

Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” öz meydanında “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Aleksandriya” 13 turdan sonra 23 xalla 12 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə