2007-2009-cu illərdə “Mançester Yunayted”də Kriştiano Ronaldo ilə birgə oynamış Karlos Teves portuqaliyalı futbolçu ilə bağlı maraqlı fikirlər səsləndirib. Qol.az xarici KİV-ə istinadla xəbər verir ki, o deyib: “Ronaldo bütün gününü idman zalında keçirir. Məşqimiz saat 9-da başlayanda mən zala 8-də gəlirdim. Görürdüm ki, o artıq ordadır 7:30-da gəlirdim, yenə məşq edir. Bir dəfə bütün gücümü qoyub saat 6:30-da bazaya gəldim. Ronaldo yenə zaldaydı. O, yuxulu olsa da, yerində idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB