Azad Rəhimov sessiyada çıxış edib

Azad Rəhimov sessiyada çıxış edib

Azərbaycan idman sahəsində qazanıldığı zəngin təcrübəni daim bölüşür. Ölkəmizlə beynəlxalq strukturlar arasında idman əlaqələrinin genişləndirilməsinə dair imkanlar müzakirə edilib. Azərbaycan antidopinq proqramları beynəlxalq standartlara uyğun olmayan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır. SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov UNESKO-nun Parisdəki mənzil-qərargahında keçirilən “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasında (COP7) aparılan müzakirələr zamanı deyib.

Sessiyada aparılan müzakirələrdə 10 ölkənin antidopinq proqramının beynəlxalq standartlara uyğun gəlmədiyi bildirilib. Azərbaycanın bu dövlətlərə yardım etməyə hazır olması ilə bağlı təklifi müxtəlif ölkələr tərəfindən müsbət qarşılanaraq yüksək dəyərləndirilib.

A.Rəhimov tədbirin açılışında, habelə idmanda dopinqinlə mübarizə və beynəlxalq əməkdaşlıq mövzusuna dair panel müzakirələrdə çıxış edib.

Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasında (COP7) müxtəlif ölkələrin idman strukturlarlnın rəhbərləri, beynəlxalq idman təşkilatlarının və digər qurumların nümayəndələri iştirak edirlər.

Sessiya çərçivəsində A.Rəhimov UNESKO baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Nada Al-Naşif, Ümumdünya Antidopinq Agentliyinin (WADA) yeni seçilmiş prezidenti, Polşanın İdman və Turizm naziri Virold Banka, Avropa Şurasının İdman Konvensiyalarının direktoru Sergey Xriçikov, Rusiya Federasiyasının İdman naziri Pavel Kolobkov, Səudiyyə Ərəbistanı Şahzadəsi Fahad bin Calavi əl Səud ilə ikitərəfli görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə