Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun mümkün döyüşünün vaxtını açıqlayıb. SİA-nın məlumatına görə, qurum rəhbəri döyüşün gələn ilin martında keçirləcəyini bildirib. O, hazırda tərəflər arasında bəzi detalların razılaşdırılması prosesinin getdiyini vurğulayıb.
Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB