Emre Can qışda "Yuventus"u tərk edə bilər

Emre Can qışda "Yuventus"u tərk edə bilər

"Yuventus"un futbolçusu Emre Can qışda Turin klubunu tərk edə bilər.

SİA "sport"a istinadən yaydığı xəbərə görə, alman yarımmüdafiəçi klubdakı vəziyyətindən razı deyil. Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilməyən və bu mövsüm cəmi 4 matçda oynayan 25 yaşlı futbolçu başqa çempionatın top-klubuna getmək istəyir.

Canla "Bavariya" və PSJ-nin maraqlandığı bildirilir. Onun bu qış "Yuventus"dan ayrılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə