Budapeştdə keçirilən 23 yaşadək idmançılar arasında dünya çempionatında sərbəst güləşçilərimiz 5 medal qazanıb

Budapeştdə keçirilən 23 yaşadək idmançılar arasında dünya çempionatında sərbəst güləşçilərimiz 5 medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək idmançılar arasında dünya çempionatında sərbəst güləşçilərin yarışlarına yekun vurulub.

SİA Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan millisi çempionatda 5 medal qazanıb. Belə ki, Turan Bayramov (65 kq) bütün rəqiblərinə qalib gəlirək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Davud İbrahimov (70 kq) isə bürünc medallara sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə