Martın 3-də futbol üzrə NBC Bank Azərbaycan Kuboku yarışlarının dörddəbir final mərhələsi çərçivəsində "Neftçi"-"Xəzər-Lənkəran" komandalarının oyunu keçirilib.
SİA-nın xəbərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Xəzər-Lənkəran" klubu rəqibini 4:3 hesabı ilə məğlub edib. Hakim Anar Salmanovun idarə etdiyi oyunda "Xəzər-Lənkəran" klubunun heyətində Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan fərqləniblər.
"Neftçi"nin qollarını isə Flavio Aleks Valensio (2 top) və Slavko Georgiyevski vurublar. Komandalar arasında cavab görüşü martın 8-də Lənkəranda keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB