İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi karyerası ərzində cərimə zərbəsindən 50-ci qolunu vurub. SİA xəbər verir ki, futbolçu bu göstəriciyə İspaniya çempionatının XI turunun “Real Valyadolid” komandası ilə görüşdə nail olub.
Messinin gözəl qolu sayəsində qarşılaşmada hesab 3:1 olub.
Ümumilikdə isə bu oyunda argentinalı hücumçu 2 qol vurub və iki məhsuldar ötürmə edib.
Xatırladaq ki, Messi 50 qoldan 44-nü Kataloniya klubunun, 6-nı isə Argentina millisinin heyətində vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB