Parataekvondo üzrə Azərbaycan yığma komandası İtaliyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
SİA-nın məlumatına görə, qitə çempionatında ölkəmizi baş məşqçi Fərid Tağızadənin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə Aynur Məmmədova, Röyalə Fətəliyeva, Elimxan Manafov, İmaməddin Xəlilov, Sadiq Həmidov, Əbülfəz Abuzərli, Hüseyn Həsənov və Vüqar Adışirinov təmsil edirlər.
Bari şəhərində keçiriləcək yarışlara oktyabrın 31-də start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB