Azərbaycan və Mərakeş arasında gənclər və idman sahələrində Əməkdaşlıq Protokolu imzalanıb
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov fevralın 28-dən martın 3-dək Mərakeş Krallığında səfərdə olub.
Nazirlikdən SİA-ya bildiriblər ki, martın 1-də A.Rəhimov Mərakeş Krallığı gənclər və idman naziri M.Bejkhayat ilə görüşüb.
Görüşdə M.Bejkhayat ötən il Azərbaycana səfərini məmnunluqla xatırlamış, Mərakeş Krallığında idmanın növləri, bu sahənin inkişafı istiqamətində görülən işlər barədə məlumat vermiş, idman və gənclər sahələrində Azərbaycan Respublikası ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə edib.
A.Rəhimov ölkəmizdə gənclər və idman sahələrinin inkişafına dövlət qayğısı, həyata keçirilən layihələr, beynəlxalq yarışlarda Azərbaycan idmançılarının əldə etdikləri uğurlar barədə məlumat verib. O, gələcəkdə birgə müsabiqələrin, təlim və kursların, idmançı və məşqçilərin mübadiləsinin, habelə ölkələrimiz arasında gənclərin qarşılıqlı səfərlərinin təşkilinin əhəmiyyətini qeyd edib.
M.Bejkhayat gənclər və idman sahələrində təcrübə mübadiləsinə böyük əhəmiyyət verdiklərini bildirib.
A.Rəhimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə iki ölkə arasında mövcud olan qarşılıqlı dəstəyi xalqlarımız və hökumətlərimiz arasındakı tarixi dostluq əlaqələrinin nümunəsi kimi qiymətləndirib.
Sonda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Mərakeş Krallığı Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində Əməkdaşlıq Protokolu imzalanıb.
Nazir A.Rəhimov Mərakeşin Mərkəzi Televiziyasına müsahibə verib.
A.Rəhimov İSESKO-nun Rabatdakı iqamətgahında baş katib Ə.Tüveycri ilə görüşmüş, Rabatdakı Futbol Akademiyası, Qolf idman kompleksi və Tanjer şəhərindəki idman obyektləri ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB